Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Latviyanın Riqa şəhərində yerləşən Turiba Universitetində təlim və seminarlar təşkil edilib.

 

Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları- İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov,  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər.

 

6 ölkədən olan 10 universitetin təmsilçiləri “Mediasiya: təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin ikinci görüşündə bir araya gəliblər. Təlim və seminarlar zamanı mediasiya dəyərlərinin tərəfdaş ölkələrdə tətbiqi ilə yanaşı, Mediasiya federasiyasının yaranması və mediasiya sahəsində magistr ixtisasının açılması müzakirə edilib. Bir həftə müddətində sahə üzrə ekspertlərin dəstəyi ilə intensive proqram iştirakçılara öyrədilib. Proqrama əsasən, mediasiyaya aid rəsmi sənədləşmə formaları, opponentlərə yanaşma üsulları və ən yaxşı təcrübələr praktiki şəkildə iştirakçılara izah edilib.

           

Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycan, Gürcüstan, Ukraynada Avropa təcrübəsindən faydalanaraq, münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.