Dekabrın 16-da Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Şəhər Təhsil Şöbəsində bir qrup təhsil işçisi ilə görüş keçirib.

 

Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Görüşdə iştirak edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov rəhbərlik etdiyi bölgənin təhsil göstəriciləri, əldə edilən nailiyyətlər və görülən işlərdən danışıb.

 

Daha sonra İctimai Şuranın məsul katibi İlqar Orucov, qurumun üzvləri Nadir İsrafilov və Etibar Əliyev çıxış ediblər. Çıxışlarda Şura ilə sıx əməkdaşlıq, qurumun illik fəaliyyət planı, ümumtəhsil məktəblərinin idarəetmə metodunda tətbiq edilən yeniliklər və təhsil sahəsində həyata keçirilən islahatlardan danışılıb, eləcə də digər məsələlərə toxunulub.

 

Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb. Bildirilib ki, görüş çərçivəsində müzakirə edilən məsələlər İctimai Şura tərəfindən təklif olaraq Təhsil Nazirliyinə təqdim ediləcək.