Bakıdakı 33 nömrəli uşaq musiqi məktəbində Azərbaycan xalq muğamlarının əvəzsiz ifaçısı, xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr edilən konsert keçirilib.
Məktəbin müəllimi Sevinc Mikayılova görkəmli xanəndənin həyat və yaradıcılığıdan və qədim mədəni irsimiz olan muğamın mədəniyyətimiz tarixində tutduğu böyük roldan söz açıb; Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısını xüsusi qeyd edib.
Sonra məktəbin şagirdləri S.Şuşinskinin repertuarından “Heyratı”, “Bayatı-İsfahan”, “Mənsuriyyə” muğamlarını və “Bir cüt sona”, “Gülə-gülə”, “İrəvanda xal qalmadı” Azərbaycan xalq mahnılarını ifa ediblər.
Konsertin sonunda Xanəndəlik sinfinin müəllimi Günay İmamverdiyeva öz şagirdləri ilə birlikdə "Qarabağ şikəstəsi" ritmik muğamını ifa edib.
Sifai SƏFƏROVA