Naxçıvan Dövlət Universitetində (NDU) 2019-2020-ci tədris ilinin payız semestrinin  imtahan sessiyası və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev imtahana qədər görülən işlərin artıq yekunlaşdığını bildirib. Qeyd edib ki, imtahanların hansı formada keçirilməsi müəllimlərin əvvəlcədən kafedra müdirləri ilə birgə razılaşdırılmış qərarı əsasında keçiriləcək. Rektorun sözlərinə görə imtahanlarda neqativ halların olmasına qətiyyən yol verilməməli, şəffaf və obyektiv dəyərləndirilmə aparılmalıdır.

 

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, artıq müvafiq kafedralarla razılaşdırılmış qaydada imtahanların siyahısı təsdiqlənib və imtahanların hansı formada keçirilməsi müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, bu il universitetin birinci kursunda təhsil alan tələbələrlə görüş keçirilib, imtahana qədər və imtahanlarla bağlı proseslər haqda onlar ətraflı məlumatlandırılıb. Tələbələr kredit sisteminin qaydaları ilə tanış edilib, imtahana qədərki balların çıxarılma qaydası slaydlar vasitəsilə tələbələrə izah olunub.

 

İclasda fakültə dekanlarının da rəy və təklifləri dəyərləndirilib.