Mayın 3-də   Təhsil İşçilərinin  Peşəkar İnkişafı İnstitutunda “Refleksiv müəllim” layihəsi çərçivəsində  ibtidai  sinif müəllimlərinin seminarı keçirilib. Seminarda TİPİİ-nin direktor müavini Nəzakət Mehtiyeva, institutun  beynəlxalq layihələr  şöbəsinin baş mütəxəssisi  Elçin Sərdarov iştirak ediblər.

 

Seminarda  paytaxtdakı 102 nömrəli  tam orta məktəbin  ibtidai sinif müəllimi Dilşad Şeyxzadənin “Kərpickəsən kişinin hekayəti” mövzusunun  icmal şəklində təqdimatı   nümayiş olunub. Mövzu ətrafında fikir, yeni yanaşmalar, müzakirələr aparılıb. Müzakirələrdə müəllimlər fəallıq göstərərək iş təcrübələrini genişləndirmək imkanı əldə ediblər.

 

Sonda 263, 299  nömrəli tam orta məktəblərin   ibtidai  sinif müəllimləri İlahə Məmmədova, Lalə Həsənova “Refleksiv  müəllim-2017” seminarlarında fəal iştirak etdiklərinə görə  diplomla təltif olunublar.

 

Qeyd edək ki,  seminar beynəlxalq əlillərin  hüquqlarının  müdafiəsi  günü ərəfəsində keçirildiyi üçün Əlil qadınlar təşkilatının sədri Məxluqə Rəhimova seminarda çıxış edərək əlillərə  göstərilən  diqqət və qayğıdan  söz açıb.

 

Sonra Elçin Sərdarovun “Nurlu an” videoçarxı nümayiş olunub.  

 

Sifai SƏFƏROVA