Paytaxt məktəbliləri arasında keçirilən “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqənin rayon turnunun (II mərhələsinin) nəticələri bəlli olub.
Müsabiqənin II mərhələsinin nəticələrinə əsasən, 26, 181, 149, 92, 124, 125, 231, 234, 235, 322, 139, 189-190, 10, 110, 184, 288, 71, 80, 187, 309, 76, 99, 114, 140, 141, 279, 283, 210, 227, 47, 212, 207, 82, 58, 165, 264, 260, 86, 42, 46, 164, 247, 13, 173, 175 nömrəli tam orta məktəblər, 166, 246, 83, 49, 62 nömrəli məktəb-liseylər və Məktəb-Lisey Kompleksinin şagirdləri şəhər mərhələsinə (final mərhələsi) vəsiqə qazanıblar.
Final mərhələsində məktəblilər Münsiflər heyəti qarşısında çıxış edəcəklər. Səsləndirilən fikir və ideyaların mövzuya uyğunluğu, jest və mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülərək məktəblilər 4 ballıq sistem üzrə qiymətləndiriləcəklər. Final mərhələsinin yekununda isə 6 qalib (1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yer) müəyyənləşdiriləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycanın söz sənəti və ədəbiyyat tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri daha geniş məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə keçirilir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək də müsabiqənin əsas hədəflərindəndir.