Lənkəran Dövlət Humanitar Kollecində "Azərbaycan Könüllülük həftəsi” çərçivəsində tədbir keçirilib.

 

Kollecin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Sumarə Bağırzadə  könüllük peşəsi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin  müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda irəli sürülən məsələləri, dövlət başçısının  Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışını diqqətə çatdıraraq bildirib ki, dövlət orqanlarında gənclərin potensialından səmərəli istifadə edilir, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılır, onlara peşə vərdişləri  aşılanır.  

 

TGT sədri deyib ki,  ölkədə könüllülük hərəkatı inkişaf etdirilir  və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə olunaraq, gənclər dövlət orqanlarında təcrübə keçməyə cəlb edilir.

 

S.Bağırzadənin sözlərinə görə, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmaları Prezident İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsidir.