Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və “Araxçın MMC/Silent Communication” komandasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyəti zəif olan uşaqlar üçün “Jest dili ilə nağıl saatı” adlı tədbir keçirilib. Tədbirə 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri qatılıb.
Kitabxananın əməkdaşı, təlimçi-surdoloq Könül Quliyeva və Şamil Sabirzadənin uşaqlar üçün təşkil etdikləri ekskursiyada yeniyetmələr kitablar, oxu zalları və xidmət şöbəsi ilə yaxından tanış olublar. Kitabxananın nağıl otağında isə Azərbaycan xalq nağıllarının qəhrəmanları müzakirə edilib, yeniyetmələrə kitaba sevgi və mütaliə ilə bağlı tövsiyələr verilib. Oxu zalında jest dilinə tərcümə olunmuş “Madaqaskar1” cizgi filmi nümayiş olunub.
Sonda uşaqlara kitablar paylanılıb.
Sifai SƏFƏROVA