Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Yaponiyanın Osaka Prefektura Universitetinin “Fizika və Elektronika” fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda (ETİ) ezamiyyətdədir.
Səfər müddətində yaponiyalı magistr Ryota Kitano bəzi yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Optik xassələrin öyrənilməsi istiqamətində olan bütün təcrübi tədqiqat işləri AMEA Fizika İnstitutunun İnnovasiya sektorundakı müasir cihazlar vasitəsi ilə yerinə yetiriləcək. Zona quruluşunun hesablanması istiqamətində olan işlər isə həm BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşları, həm də AMEA Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.