Mingəçevir Şəhər Təhsil  və polis şöbələrinin birgə təşkilatçılığı ilə şəhər 10 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Nikmət Qasımov bildirib ki, bəşəriyyətin ən böyük bəlası adlandırdığımız narkomaniyaya qarşı birgə mübarizə mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, gənclər arasında sağlam həyat tərzi təbliğ olunmalıdır; Narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün təhlükəsinə dair maarifləndirici tədbirlərin böyük rolu var və  mütəmadi təşkil edilməlidir. H.Qasımov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin görülməsini də  diqqətə çatdırıb.

 

Mingəçevir şəhər prokuroru Elmar Camalov şagirdləri zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıb. O, narkomaniya və onun fəsadlarından, narkotik vasitələrin insan həyatı, onun sağlamlığı üçün bəla olmasından, bu bəlaya düçar olanların qarşılaşdığı  problemlərdən danışıb.    

 

Sonda  məktəblilərin sualları cavablandırılıb.

         

Sifai SƏFƏROVA