Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri- Ali Hancerli, Nurhan Günsev, Nik Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvləri-Vüqar Rəhimzadə və Rəşad Məcid Naxçıvan Dövlət Universitetində olublar.
Universitetin Media Mərkəzi ilə yaxından tanış olan qonaqlar ali məktəbin televiziyasına müsahibə də veriblər.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə isə Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövrdə medianın fəaliyyət istiqamətlərindən danışıb.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker assosiasiya barədə məlumat verərək bildirib ki, qurum 1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tədbiqinə dəstək olmaq məqsədilə yaradılıb.
Çıxış edənlər cəmiyyət həyatında medianın rolundan bəhs edib, dünya ölkələrində mətbuat şuralarının fəaliyyətinin önəmini vurğulayıblar. Qonaqlar tələbələrin suallarını cavablandırıb, gələcəyin jurnalistlərinə öz tövsiyələrini çatdırıblar.
Sonra jurnalistika və dünya ədəbiyyatı ilə bağlı ilə bağlı kitablar tələbələrə hədiyyə edilib.