“Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant layihəsi” çərçi -vəsində Şirvan şəhərində hazırlanan “Linqvistik Təhlil Bacarıqlarının Formalaşması üçün Xüsusi Vəsait ” çap olunub.
Vəsaitin müəllifi fərdi layihə qalibi, Şirvan şəhər 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Minarə Əliyevadır.
Vəsait, əsasən IX və XI buraxılış sinifləri üçün nəzərdə tutulub; Azərbaycan dilində əsas linqvistik təhlil növlərini əhatə edən 6 bölümdən və əlavələr bölməsindən ibarətdir.
Kitabın əlavələr bölməsində şagird və müəllimlərə kömək məqsədilə Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları, durğu işarələri haqqında məlumat daxil edilib.
Kitabda hər bölümdə hər bir dilçilik bölməsinə aid nəzəri məlumat, hər bir təhlil növünün aparılması qaydaları, təhlil nümunələri, eləcə də hər bir təhlil növü ilə bağlı tapşırıq və test nümunələri yer alıb.
Nəzəri məlumat şagirdlərin biliklərini sistemləşdirmək məqsədi daşıdığından burada sxem və cədvəllərdən də istifadə edilib.
Vəsaitə yalnız müəllimlər üçün nəzərdə tutulan disk də əlavə olunub. Diskdə vəsaitin elektron variantı, qiymətləndirmə nümunələri və video materiallar yerləşdirilib.