Daşkəsən şəhər Mədəniyyət Mərkəzində Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi “Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi” layihəsinin yekun bağlanış tədbiri keçirilib.
Təlimin yekun tədbirində ilk olaraq Səbinə Qədirova rəhbəri olduğu layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və layihənin davamlılığı üçün nəzərdə tutulan məsələlərlə bağlı ətraflı məlumat verib.
Yekun tədbir təlim keçən və keçməyən 70-dən çox müəllimin və TİPİİ-nin təlimçisinin iştirakı ilə seminar şəklində təşkil olunub.
Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş “Azkomplektli siniflərdə tədrisin təşkili” təliminin iştirakçısı olan 25 müəllimə sertifikatlar təqdim olunub, layihə haqqında, o cümlədən layihədə öyrəndiklərinin dərslərdə təcrübi tətbiqləri ilə bağlı fikirləri dinlənilib.
Mikayıl MİKAYILLI,
Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi