Noyabrın 28-də Təhsil naziri Ceyhun Bayramov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.