3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində ustad dərsləri təşkil olunub.
Tədbir çərçivəsində sənədləşmə işinin düzgün aparılması, dərnək məşğələlərinin tədris proqramlarının tərtibi, məşğələ jurnallarının qeydiyyatı, şöbələrin iş planlarının düzgün yazılması barədə müzakirələr aparılıb.
İki gün davam edən dərslərdə dərnək üzvləri “Sualtı aləm” adlı rəsm əsəri hazırlayıblar.
Ustad dərslərinin keçirilməsinin məqsədi uşaq-gənclər inkişaf mərkəzləri arasında işgüzar münasibətlər qurmaq, əlaqələri möhkəmləndirmək və iş fəaliyyətini daha da gücləndirməkdir.
Qeyd edək ki, cari ilin noyabr ayının sonu və dekabr ayının əvvəllərində Şəki şəhəri və Şamaxı rayonu Uşaq-Gənclər İnkişaf mərkəzlərində də ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.