Çinin Azərbaycandakı səfiri xanım Quo Min Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

 

Əvvəlcə Çinin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən videoçarx nümayiş olunub. Sonra səfir Azərbaycan- Çin əlaqələrinə dair mühazirə deyib. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Son 20 ildə Çinlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb.

 

Diplomat tələbələrin suallarını da cavablandırıb. Təhsil sahəsində gələcək perspektivlər dəyərləndirilib.