İmişli rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Ədəbi milli sərvətimiz” adlı kitab bayramı keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyevin verdiyi məlumata görə, tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbir konsert proqramı ilə başa çatıb
Şakir CƏFƏROV.