Göygöl rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə texniki və təbiət fənləri təmayüllü liseyin təşkilatçılığı ilə "dəyirmi masa" keçirilib. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədovanın verdiyi məlumata görə, "dəyirmi masa"nın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında şagirdləri məlumatlandırmaq olub.

 

Liseyin tarix müəllimi Şəfa Məmmədova məruzə  edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan ulu öndər Heydər Əliyev  öz xalqına və dövlətinə sədaqətlə xidmət göstərib.

 

"Dəyirmi masa"dan sonra  şagirdlər Heydər Əliyev Mərkəzi ilə  yaxından tanış olublar.

 

Şakir CƏFƏROV