Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs SABAH tələbələri Rusiyada keçirilən 39-cu Ümumrusiya Dövlət Kinemotoqrafiya İnstitunun Beynəlxalq Tələbə Festivalında iştirak edib.
V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış və quruluşçu rejissoru SABAH müəllimi Gümrah Ömər olan tamaşada SABAH tələbələri Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.
Qeyd edək ki, “Otello əfsanəsi” bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.
Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş münsiflər heyətinin qərarına əsasən, ADMİU-nun SABAH qrupları tələbələrinin “Otello əfsanəsi” tamaşası “Dünya klassikasının yozumunda milli yanaşma”, “Klassik dünya ədəbi motivlərinin çevik təcəssümü” nominasiyaları üzrə qalib olub.