Xəzər Universitetinın Təbiət  elmləri və mühəndislik fakültəsinin dekanı Hassan Niknafs Macarıstanda keçirilən  Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən tələbələrdən ibarət komandanın üzvləri ilə görüşüb və uğur qazanan tələbələri təbrik edib.

 

Dörd gün davam edən yarışda Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Tamerlan Abdullayev, Tuqay Abdullazadə və Səməd Cabbarlıdan ibarət komanda robototexnika sahəsində yenilikləri ilə tanınan ölkələri – ABŞ, Koreya , Hindistan, Tayland və Çini üstələyərək, 83 komanda arasında 33-cü yeri tutmağa müvəffəq olub.

 

Komandaya rəhbərlik edən kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Emin Bayramov  görüşdə birinci kurs tələbələrinə  yarış haqqında təəssüratlarını çatdırıb və onların suallarını cavablandırıb.

                   

Sifai SƏFƏROVA