Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən XIV Respublika Universiadası başa çatıb. Azərbaycan Tibb Universitetinin komandası ən yüksək nəticə göstərərək I yeri tutub.  

 

11 idman növü üzrə təşkil edilən universiadada Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri II və III yerlərə  sahib olublar.

   

XIV Respublika Universiadasında 23 ali təhsil müəssisəsindən 986 tələbə-idmançı mübarizə aparıb ki, onlardan 786 nəfəri oğlanlar, 200 nəfəri isə qızlardan ibarət olub.

 

Qeyd edək ki, martda start götürən universiadada yarışlar idmanın şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika, voleybol və badminton növləri üzrə keçirilib.

    

Sifai SƏFƏROVA