Naxçıvana rəsmi səfəri çərçivəsində Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Səfir universitetdə ənənəvi metodlarla yanaşı, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluğunu ifadə edib, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb. O, tələbələrə ingilis dilində Litva-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub, onların suallarını cavablandırıb.