Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.
Sərgidə universitet tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətli yaradıcı iş gəmi maketidir, dəyəri 5 min manatdan baha qiymətləndirilir.
Qeyd olunduğuna görə sərgidə nümayiş etdirilən bütün əl işi və rəsm əsərləri şifrələnib və qaliblərin seçimi gizli üsulla aparılır.
Qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.