ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Tələbə qəbulu şöbəsinin əməkdaşı Leyla Əliyeva Naxçıvan Dövlət Universitetində (NDU ) olub.
NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilən beynəlxalq layihələr haqqında məlumat verib.
ADA Universiteti İctmai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev vurğulayıb ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə əməkdaşlıq edərək, ünsiyyət quraraq həllər təklif edən yüksək potensiala malik məzunlar yetişdirir.
Məlumat verilib ki, Diplomatiya və beynəlxalq münasibətlər, Dövlət idarəetməsi, Təhsil üzrə menecment, Biznesin idarə edilməsi adlı magistr proqramları təklif edən universitetdə proqramlar ikiillkdir və tədris dili yalnız ingiliscədir; ADA Universiteti qəbul zamanı yüksək nəticə göstərmiş tələbələrə universitetdə işləyərək, həm təhsil haqqından azad olmaq, həm də təcrübə qazanmaq şansı verir.
Tədbirdə tələbələrin sualları da cavablandırılıb.