AMEA-nın Coğrafiya İnstitutunun Elmi Şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.
İclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin peyk məlumatlarına əsasən, Xəzər dənizinin səth sularında temperaturun tədqiqi üzrə elmi- tədqiqat işi müzakirə edilib. Xəzər dənizinin səth sularında orta aylıq, mövsümü, illik və çoxillik temperatur paylanmalarının gedişatı, onları xarakterizə edən xəritələrin tərtib edildiyi haqqında geniş məlumatlar verilib. 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun 0.350C, ildə isə orta hesabla 0,0230C artdığı qeyd edilib.
Sonra İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilən elmi-praktiki konfrans haqqında məlumat verib.
Konfransın işi Elmi Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.