Bakıdakı 74 nömrəli orta məktəbdə “Təmiz ölkəm” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Yüzdən çox məktəblinin iştirak etdiyi ağacəkmə kampaniyasında 250-yə yaxın ağac əkilib.
Qeyd edək ki, bu layihənin məqsədi təbiəti qorumaq, uşaq və yeniyetmələrə, eləcə də gənclərə təbiətə qayğı əxlaqı, vərdişi aşılamaqdan ibarətdir. Bundan başqa, plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maariflәndirmә işlərinin aparılmasını, yəni plastik butulkaların toplanaraq təkrar emala göndərilməsini təbliğ etmək, ölkənin ekoloji sağlam mühitinin formalaşmasına töhfə vermək, yaşıllıq zolaqlarının artırılmasını təmin etmək layihənin başlıca missiyalarındandır.
Layihənin meneceri ADA universiteti üzrə nümayəndə Xədicə Hüseynovadır.
Sifai SƏFƏROVA