Gəncə Dövlət Universitetinin (GDU) Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında 4-cü yerə layiq görülüb.
GDU-nun rektoru, professor Yusif Yusibov yarışın qaliblərini təbrik edib, universitetdə tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrıldığını söyləyib. “Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin şərəfli borcudur”-deyə rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə çıxış edən tələbələr onların asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün yaradılan şəraitə görə universitetin rektoruna təşəkkür ediblər.