AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 7 nəfər diplomçu tələbəsini qəbul edib. Bu tələbələr NKPİ-də diplom işlərini yerinə yetirəcəklər.
Akademik tələbələrlə diplom işlərinin mövzularını müzakirə edib. Həmçinin, bu istiqamətdə onlara dəyərli tövsiyələr verib. V.Abbasov tələbələri maraqlandıran sualları da cavablandırıb.