Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri Moskvada MDB ölkələri tələbələrinin “Rusiya Teatr Sənəti İnstitutunun ustad dərsləri” ("QİTİS-master-klass") teatr festivalında iştrak ediblər.

 

SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov, tələbələr - Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak ediblər.

 

Səfər çərçivəsində tələbələr Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdiriblər.