Onlar yüksək karyera və analitik bacarıqlara malik olduqlarını deyirlər
Böyük Britaniya universitetlərində tələbələr aiditoriyada və ya ondan kənarda oxumağa daha az vaxt sərf edirlər. "Advance HE" şirkəti tərəfindən aparılmış və 31 ali təhsil müəssisəsində təhsil alan 29.784 tələbənin cavablarına əsaslanan "Engagement Survey 2019" anket sorğusu göstərib ki, tələbələrin yalnız 44% -i sərbəst şəkildə həftədə 11 və ya daha çox saat təhsilə vaxt ayırıblar. Ötən il onların sayı 47, 2016-cı ildə isə 52 faiz təşkil edib.
Oktyabrın 31-də dərc edilmiş nəticələrə görə auditoriya məşğələlərinə həftədə 11 saat və ya daha çox vaxt ayıran tələbələrin sayı 2018-ci ildə 50 faizdən 46 faizə, 2016-cı ildə isə 55% -ə düşüb.
Əvvəlki illərdə tədris müddətinin azalması işləyən tələbələrin sayının artması ilə izah olunurdu, lakin cari ildə bu göstərici sabit qalıb və 53% təşkil edib.
Eyni zamanda, sosial və idman tədbirlərində iştirak edən tələbələrin sayı keçən ilki 52 faizlə müqayisədə bir qədər artaraq 53 faiz təşkil edib ki, bu da əvvəl qeyd olunmuş azalma tempinin aradan qaldırılmasına imkan verib.
Hesabata əsasən, bu tədbirlərdə iştirak edən tələbələr daha yüksək karyera və analitik bacarıqlara malik olduqlarını qeyd edirlər. Eyni zamanda, müstəqil surətdə təhsil almağa daha çox vaxt sərf edən tələbələr tez-tez novatorluq, natiqlik, yazı və tənqidi düşüncə bacarıqlarının inkişafından bəhs edirlər.
Builki tədqiqat gedişində ilk dəfə olaraq, tələbələrə kursu tərk etmələrinin mümkünlüyü barədə sual ünvanlanıb. Tələbələrin 1/4-dən çoxu, 27 faizi universiteti tərk etdiklərini söyləsələr də, idman və ictimai tədbirlərdə iştirak etmiş tələbələr bu haqda ( təhsili buraxmaq) çox nadir hallarda fikirləşdiklərini deyiblər.
"Advance HE" şirkətinin biznes -təhlil və araşdırma rəhbəri, hesabatın müəllifi Conatan Neves qeyd edir ki, tələbələrin müstəqil şəkildə öyrənmə səviyyəsinin, xüsusən də onların hərtərəfli inkişaf etməsinə xidmət edən geniş bacarıqlarla əlaqəli olduğu nəzərə alınarsa, bu hal böyük narahatçılıq yaradır.
Oruc MUSTAFAYEV