Şəki şəhər 10 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə “Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibətilə tədbir keçirilib.

 

Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq olub.

 

Tədbirdə çıxış edənlər  bu günün əhəmiyyətinə diqqət çəkərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

 

Sonda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Mahal MƏMMƏDOV,

Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi