Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən təqaüd kartlarının təqdim edilməsi ilə bağlı tədbir keçirilib. “Azerfon” şirkətinin Baş icraçı direktoru Qunnar Pahnke bu məqsədlə universitetə gəlib.

 

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bu tədbirlərin keçirilməsinin tələbələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində artan rolundan danışıb.

 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Mikayılov qeyd edib ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusilə fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020-ci  tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb.  “Azerfon”un Baş icraçı direktoru  Qunnar Oanke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tələbələr adından çıxış edən İnci Hüseynli öz minnətdarlığının ifadə edib.

 

Qeyd edək ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə muxtar respublikada təhsil alan tələbələr üçün təqaüd proqramını təşkil edir.