Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı ölkəmizdə silsilə tədbirlər davam edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində bu ilin payız əkini mövsümündə respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağacın əkilməsi planlaşdırılıb.
Bakı Slavyan Universiteti bu təşəbbüsü müsbət qiymətləndirərək, növbəti ağacəkmə aksiyası keçirib. Ali məktəbin rektoru, professor Nurlana Əliyevanın müvafiq əmrinə uyğun olaraq keçirilən bu aksiyada müəllim və tələbələr fəal iştirak edib və universitetin həyətində, eləcə də universitetə yaxın ərazidə çoxlu sayda ağac əkiblər.