AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələri ilə görüş keçirilib.

 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamını xatırladıb. Alim təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib, hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, institut tərəfindən hamiliyə götürülən tələbələrlə müntəzəm görüşlərin, açıq dərslərin keçirilməsi nəzərdə tutulub.

 

Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində olublar. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Zeynəb Quliyeva “Azərbaycan tarixşünaslığında arxeologiya elminin yeri” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” imzaladığı tarixi sərəncam əsasında qədim abidələrimizin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir.

 

Sonda tələbələr muzeyin eksponatları ilə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.