Polşanın Torun şəhərində uşaqlar arasında XX Beynəlxalq rəsm müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın 48 ölkəsindən, o cümlədən Azərbaycandan olan uşaqların 11 min 409 əsəri nümayiş olunub. “Həmişə yaşıl, həmişə mavi” adlı müsabiqənin əsas mövzusu bağ olub. Müsabiqə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin dəstəyi ilə baş tutub.
Müxtəlif diplomlarla mükafatlandırılan rəsm əsərləri arasında azərbaycanlı uşaqların da əl işləri diqqəti çəkib. Mükafatlandırılan əsərlər Torun şəhərinin mədəniyyət mərkəzlərindən birində sərgilənəcək.
Sifai SƏFƏROVA