Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin Elmmetrika şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq xülasələmə və indeksləmə sistemləri (bazaları)” mövzusunda təlim keçirilib.
Departamentin direktoru, professor Zahid Məmmədov tədqiqat universitetinə keçid istiqamətində aparılan islahatlardan danışıb. Təlimin bu istiqamətdə görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib.
Təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri haqqında məlumat verib. “Web of Science” platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulan tələbləri, elmi məqalələrin təqdimetmə qaydalarını, seçim meyarlarını, yırtıcı jurnallardan qorunmaq yollarını, elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorlarını açıqlayıb.