Daşkəsən rayon 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər. Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.
Tədbirdə həmçinin erkən nikaha daxilolma məsələlərindən söz açılıb. Bu kimi mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Sifai SƏFƏROVA