18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib.

 

Bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir.

 

IX-XI sinif şagirdləri arasında  Xəzər Rayon Gənclər və İdman İdarəsi, Xəzər Gənclər Evinin təşkilatçılığı ilə keçirilən yarışda 23 məktəbdən 115 şagird iştirak edib.

 

Xəzər rayonu üzrə keçirilən intellektual oyunun nəticələrinə əsasən, 121 nömrəli tam orta məktəb I, 234 nömrəli tam orta məktəb II, 322 nömrəli tam orta məktəb III, 241 nömrəli tam orta məktəb isə həvəsləndirici yerə layiq görülüb.

 

Qalib komandalar diplomla mükafatlandırılıblar.

 

Yarışda ilk iki yeri tutan komandalar şəhər mərhələsinə vəsiqə qazanıblar.

 

Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, reallaşdırılan tədbirlər çərçivəsində həyata  keçirilib.