Naxçıvan Dövlət Universitetində 18 oktyabr müstəqillik gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.

 

İncəsənət fakültəsinin sərgi salonunda əlamətdar tarixi günə həsr edilmiş sərgiyə baxış olub. Sərgidə 30-ya yaxın rəsm əsəri nümayiş edilib.

 

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirilib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı.

 

Tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı çıxışında bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

 

Tədbir tələbələrin ifasında bədii qiraət və musiqi nömrələri ilə davam edib.  Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim oluduqdan sonra “Ümummilli lider və Azərbaycanın dövlət müstəqilliyi” adlı videoçarx nümayiş edilib.