Sabirabad və İmişli şəhərlərində vətəndaşlar qəbul ediləcək
Təhsil naziri Ceyhun Bayramov 25 oktyabr 2019-cu il tarixində saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad və Saatlı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil nazirinin müavini Firudin Qurbanov 25 oktyabr 2019-cu il tarixində saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli və Beyləqan rayon sakinlərini qəbul edəcək. Qəbulda İmişli və Beyləqan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-22 oktyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.