AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron kitabxanalar” mövzusunda elmi seminar keçirilib.

 

Kitabxananın direktoru Sahab Əliyeva Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolundan danışıb.

 

Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və kitabxanaların elektronlaşdırılması üçün atılan məqsədyönlü addımlardan söz açan Sahab Əliyevanın sözlərinə görə,  bölmənin elektron kitabxanası 2013-cü ildə yaradılıb və həmin ildə kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların ixtiyarına verilib.

 

Diqqətə çatdırılıb ki, hazırda bölmə kitabxanasında inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb internetdə və ya lokal şəbəkədə yerləşdirilib.

 

Tədbirdə Elmi Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərlinin “Kitabxanalarda həyata keçirilən elektronlaşma prosesləri” və fond müdiri Kəmalə Quliyevanın “Elektron kitabxanaların cəmiyyətdə rolu” mövzusunda çıxışları dinlənilib.