Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Litva Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

 

Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.