Oktyabrın 14-də Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Qros Zakari ilə görüşüb.

 

Görüşdə Azərbaycanla Fransa arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.