Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 42 tələbə Bakı Mühəndislik Universitetini (BMU) seçib.
Onların 34 nəfəri Mühəndislik, 5 nəfəri İqtisadiyyat və idarəetmə, 3 nəfəri isə Pedaqoji fakültəyə qəbul olub. BMU-da yüksək ballı tələbələrin ən çox müraciət etdiyi ixtisas isə Kompüter mühəndisliyidir. Belə ki, Mühəndislik fakültəsini seçən 34 nəfər 600-dən yuxarı bal toplayan tələbədən 16-sı Kompüter mühəndisliyi ixtisasının payına düşür.
Bundan başqa, bu il qəbul imtahanlarında pedaqoji ixtisaslar üzrə ən yüksək bal toplayan Zəhra Quliyeva 666 balla BMU-nun Riyaziyyat və inforamatika müəllimliyi ixtisasına qəbul olub.
Ümumilikdə, bu il ən yüksək bal toplayanların BMU-ya qəbul sayında da ciddi irəliləyiş qeydə alınıb.