SUP.VC şirkətinin təşkilatçılığ, Google for Startups, İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi, Bank Respublikanın dəstəyi ilə Azərbaycanda ilk dəfə “Startup Grind” tədbiri Gəncə şəhərində Gəncə Dövlət Universitetində  baş tutub.

 

Görüşdə İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, SUP.VC şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak ediblər.

 

Universitet rektorunun baş müşaviri Asif Cavadov ali təhsil ocağının qazandığı uğurlardan bəhs edib.

 

Spikerlər isə maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıblar.

 

Bildirilib ki, Startup Grind –2 000 000-dan çox sahibkarlara fəal təlimlər verən, həvəsləndirən və bir yerdə toplayan böyük, müstəqil startap cəmiyyətidir. 125-dən çox ölkədə tədbirlər keçirərək, sosial media və Google for Startups kimi əməkdaşlıq əlaqələrindən istifadə edərək startapların ekosistemini inkşaf etdirir.

 

Startup Grind - də böyük şirkətlərin yaradılması yolunda öyrənilən dərsləri bölüşən yerli təsisçilər, novatorlar, pedaqoqlar və investorların iştirakı ilə aylıq tədbirlər təşkil olunur.

 

Silicon Valley - də qurulan Startup Grind, milyonlarla sahibkarın öz biznesini qurmasına, strateji tərəfdaşlarla əlaqə yaratmasına və maliyyə təmin etməsinə kömək edib.

 

Gəncə Dövlət Universiteti ilə İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi arasında birgə əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirən memorandum imzalanıb.