Xaçmaz rayonunda odunla qızdırılan məktəblərin 60 faizi artıq bu yanacaq növü ilə təmin edilib. Belə ki, 600 kubmetr odun ayrılıb. Digər təhsil ocaqlarına da qısa müddətdə odun paylanacaq. Bu baradəTəhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Pesablaşma Mərkəzindən bildirilib. 

 

Mərkəzin rəis müavini Fərhad Əmrahovun sözlərinə görə, regiondakı məktəblərin əksəriyyətində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi təhsil müəssisəsində isə fərdi qaz sobaları və kombi sistemi quraşdırılıb. Qış fəslində bu məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.

 

Qeyd edək ki, son illərdə rayonda yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb. Bununla belə, bu il məktəblərə ayrılan odunun həcmi də artırılıb. Yanacaq kimi odundan istifadə olunan bir sıra təhsil ocaqları yeni sobalarla təmin edilib.