Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, toksikomaniya, alkoqolizm və digər mənfi halların profilaktikası məqsədilə “Sağlam gənclik naminə” adlı layihə hazırlanıb. Layihə Gəncə şəhərindəki 21 və 16 nömrəli tam orta məktəblərdə baş tutub.
Tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən və psixotrop maddələrin yaratdığı problemlərdən və onun fəsadlarından söz açılıb.
Tədbirdə yeniyetmələrə layihə ilə bağlı maarifləndirici əyani vəsaitlər verilib və videoçarxa baxılıb.
Sifai SƏFƏROVA