Fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimovun “Molla Pənah Vaqif poeziyasına fəlsəfi baxış” monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada Molla Pənah Vaqifin həyatı, dövrü fəaliyyətinin sosial- siyasi dini aspektləri təhlil olunur. Şairin poeziyasındakı vətən sevgisi, nikbinlik, bədbinlik, gözəllik, həmçinin, xeyir və şərin mövcudluğu, başqa sözlə, iki əks münasibətin əlaqəsi araşdırılır və poetik nümunələrlə əsaslandırılır.
Monoqrafiya ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, magistr və doktorantlar üçün nəzərdə tutulur.