İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən fizika sahəsində 2019-cu ilin Nobel mükafatı laureatlarının adları elan olunub.
Bu il Nobel mükafatına fiziki kosmologiya sahəsində nəzəri kəşflərə görə üç alim- amerikalı Ceyms Pibls, eləcə də İsveçrədən olan Mişel Mayor və Didye Keloz layiq görülüb. Nobel Komitəsi alimlərin kəşfini astronomiyada inqilab adlandırıb. Ceyms Pibls mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Mişel Mayor və Didye Keloza arasında bölüşdürüləcək.
Oruc MUSTAFAYEV