Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2019-cu il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları elan olunub.
Bu il yüksək elmi mükafata amerikalı alimlər Ulyam Kellinq, Qreqq Semens, britaniyalı Peter Ratklif layiq görülüb. Alimlər xərçəngin müalicəsi mümkün olmayan formalarının öhdəsindən gəlməyin metodunu işləyib hazırlayıblar.
Tədqiqatçılar hüceyrə metabolizminə və fizioloji funksiyaya oksigen səviyyəsinin təsir mexanizminin təməlini qoyublar. Onların kəşfi anemiya, xərçəng və bir çox digər xəstəliklərlə mübarizə üçün perspektivli yeni strategiyalara yol açır.
Qeyd edək ki, 1 milyon dollar laureatlar arasında bölüşdürüləcək.
Oruc MUSTAFAYEV